“Heç bir ölkə beynəlxalq polis və hakim olduğunu iddia edə bilməz” - Mao Ninq

12:57 06.01.2026 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

“Heç bir ölkə beynəlxalq polis qüvvəsi kimi çıxış edə və ya beynəlxalq hakim olduğunu iddia edə bilməz”.

Hafta.az yazır ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq çərşənbə axşamı nazirliyin müntəzəm mətbuat konfransında Venesueladakı vəziyyətlə bağlı suala cavab olaraq deyib.

O bildirib ki, Çin bütün ölkələrin digər ölkələrin xalqları tərəfindən müstəqil şəkildə seçilmiş inkişaf yollarına, beynəlxalq hüquqa riayət etmələrini, BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə hörmətlə yanaşmasını daim dəstəkləyir.

Sözçü Mao Ninq Yaponiya ilə bağlı məəslələrə də aydınlıq gətirib. Bildirib ki, Yaponiyanın üç milli təhlükəsizlik sənədini yenidən nəzərdən keçirmək niyyəti ölkənin yenidən hərbiləşdirmə prosesini sürətləndirmək üçün təhlükəli addımlarını əks etdirir. Bu səbəbdən də xanım Mao Ninq beynəlxalq ictimaiyyəti yüksək sayıqlıq göstərməyə çağırıb.

Xatırladaq ki, Yaponiyanın baş naziri Sanae Takaiçi bu yaxınlarda Yaponiyanın üç milli təhlükəsizlik sənədini yenidən nəzərdən keçirmək üçün müvafiq müzakirələr aparacağına dair açıqlama vermişdi.